• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad olacaq

Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad olacaq
29.05.2020 04:53
15 mart saat 19.00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası yeni quruluşda 10-cu dəfə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, teatrın Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Əməkdar artisti Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad obrazında tamaşaçıların qarşısına çıxacaq.
 
Qeyd edək ki, Ş. Hüseynov məhz Musiqili Teatrda "O olmasın, bu olsun” tamaşasındakı Məşədi İbad obrazının uğurlu ifasına görə Milli Teatr Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” mükafatına layiq görülüb. Ş. Hüseynovun oynadığı Məşədi İbad yeni və orijinal ifa tərzi ilə teatr ictimaiyyətinin rəğbətini qazanıb. "Məhz Məşədi İbad kimi klassik və məsuliyyətli bir obrazın ifasına görə "Zirvə” mükafatına layiq görülməyim mənim üçün ikiqat əhəmiyyətə malikdir. Çox böyük həyəcan və sevinc içindəyəm. Cənab nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinə, Musiqili Teatrın direktoru Əliqismət Lalayevə, ustadım, tamaşanın rejissoru Cənnət xanım Səlimovaya minnətdarlığımı bildirirəm” deyə Şövqi Hüseynov bildirib.
 
 
Qeyd edək ki, "O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər.   
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol