• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Mişel Obama Novruz tədbiri təşkil etdi - VİDEO+FOTOLAR

Mişel Obama Novruz tədbiri təşkil etdi - VİDEO+FOTOLAR
12.03.2015 20:39
Ağ Evdə Novruz bayramı təntənəli şəkildə qeyd olunub

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın təşkilatçılığı və Novruz Bayramını qeyd edən ölkələrin və xalqların iştirakı ilə Ağ Evdə təntənəli tədbir  keçirilib.

Tədbirdə folklor səhnəciklər təqdim olunub, yerli rəqslər sərgilənib, Novruz bayramına məxsus menyular təqdim olunub. Tədbirin təşkilatçısı simasında çıxış edən Mişel Obama Ağ Evin dünya xalqlarının adət və ənənələrinə xüsusi həssaslıqla yanaşdığını və hörmət etdiyini dilə gətirib: "Novruz bayramı da dünyanın ən qədim ənənələrindən biridir". Mişel Obama belə bir tədbirin təşkilatçısı olmasından qürur duyduğunu deyib.

ANN.Az
 
 
 
 
 
 
 
 
 
 
 
 


Oxşar xəbərlər
Oxşar xəbərlər
Mişel Obama Novruz tədbiri təşkil etdi - VİDEO+FOTOLAR
Dünya 20:39
Mişel Obama Novruz tədbiri təşkil etdi - VİDEO+FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol