Ançelotti "Real"dan gedir?
"Real"ın prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottini istefaya göndərəcəkləri ilə bağlı yayılan xəbərləri təkzib edib.
ANS PRESS-in məlumatına görə, Peres bu haqda "Santiyaqo Bernabeu" stadionunda keçirdiyi mətbuat konfransında açıqlama verib.
"Son üç oyunda qalib gələ bilmədiyimiz üçün baş məşqçi və futbolçuların tənqid olunması ədalətli deyil. Biz komandanın üzvlərinə inanırıq. Nə olursa-olsun, Ançelotti "Real"ı çalışdırmağa davam edəcək".
"Real"ın ötən il dörd kubok qazandığını xatırladan F.Peres azarkeşləri Ançelottiyə və oyunçulara dəstək olmağa çağırıb.
Qeyd edək ki, K.Ançelottinin "Real"la müqaviləsi gələn mövsümün sonunda başa çatır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox