• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

İdman Arenası da yarışlara hazırdır

İdman Arenası da yarışlara hazırdır
13.03.2015 23:50
Bu bina 1990-cı ildə istifadəyə verilib. Burada bədii gimnastika üzrə Dünya Kubokunun üç mərhələsi, iki Avropa Çempionatı və bir Dünya Çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert baş tutub.


Bu gün isə bu kompleks dünyada ilk dəfə keçiriləcək I Avropa Oyunlarının iştirakçılarını qəbul etməyə hazırlaşır.

Ümumilikdə altımərtəbəli idman arenasında yenidənqurma və əsaslı təmir işləri başa çatmaq üzrədir. 6 ay ərzində fasadı belə tamamilə yenilənən kompleks metal konstruksiyalardan yığılıb. Həmçinin 12 min kvadratmetr sahə İtaliya istehsalı olan membran örtüklə örtülüb.

İndi 7800 tamaşaçı tutumuna malik Heydər Əliyev adına İdman Arenası yenidən qurulub və  I Avropa oyunlarının iştirakçılarını qarşılamağa hazırdır.

Demək olar ki, əvvəlki binadan əsər-əlamət qalmayıb. Burada tamaşaçılar üçün hər cür şərait yaradılıb. Yeni oturacaqlar quraşdırılb. VİP otaqlar hazırlanıb. Fiziki qüsurlu şəxslər üçün də yeni oturacaqlar qoyulub. Bu obyektdə cüdo, sambo və güləş üzrə yarışların keçirilməsi planlaşdırılır.

İdmançıların soyunub-geyinmə otaqları da müasirliyi ilə fərqlənir. Sahəsi 2500 kvadratmetr təşkil edən bu otaqda sauna kabinələri qoyulub ki, bu da idmançıların yarışdan əvvəl öz çəkilərini nizamlamağa xidmət edəcək.
 
ANN.Az
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın 5 boksçusu
Baku 2015 11:06
Azərbaycanın 5 boksçusu "Bakı 2015"in yarımfinalına yüksəldi
Nazirdən maliyyə dəstəyi AÇIQLAMASI
06:59
Nazirdən maliyyə dəstəyi AÇIQLAMASI
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
02:01
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
Baku 2015 09:52
"Baku2015" rekordlar kitabına düşə bilər - Video
Bakı-2015: Bu gün 21 dəst medalın sahibi müəyyənləşəcək
Baku 2015 09:21
Bakı-2015: Bu gün 21 dəst medalın sahibi müəyyənləşəcək
Bakı-2015: I Avropa Oyunlarında XII gün
Baku 2015 09:12
Bakı-2015: I Avropa Oyunlarında XII gün
Azərbaycanın 5 boksçusu 1/8 final mərhələsində
Baku 2015 10:52
Azərbaycanın 5 boksçusu 1/8 final mərhələsində
I Avropa Oyunlarında taekvondo yarışları başa çatır
Baku 2015 10:38
I Avropa Oyunlarında taekvondo yarışları başa çatır
Gümüş medalçımız üzr istədi
Baku 2015 09:44
Gümüş medalçımız üzr istədi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol