• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bəzəkli ceyranlar Bakıda - FOTOLAR

Bəzəkli ceyranlar  Bakıda - FOTOLAR
29.05.2020 06:05
Rüstəm Qasımov  

Ceyran – xeyirxah heyvandır. Azərbaycanda ona xüsusi münasibət var. Azərbaycanda bir çox qızlara məhz bu ad verilir. Hətta yay ayında Bakıda keçiriləcək Olimpiya oyunlarında əsas talismanlardan biri ceyrandır.



Ceyran oyunların əsas mədəni atributu kimi şəhərimizə gələcək qonaqlara Azərbaycanın zəngin mədəniyyəti barədə çox məlumat verəcək. Ceyran, Qafqazın uca dağlarından Xəzərin sahillərinə kimi, ölkəmizə gələcək qonaqları müşaiyət  edərək, onlara Azərbaycanın təqdim edə biləcəyi zənginliyi verməyə çalışacaq.  



Təbii gözəlliyin, zərifliyin və təmizliyin simvolu olan ceyran Azərbaycanda qorunan heyvan növləri sırasında yer alıb.  



Hər il İçərişəhərdə, Qız qalasının qarşısında yerləşən meydanda beynəlxalq incəsənət festivalı keçirilir. Bu festivalda Azərbaycan başda olmaqla dünyanın müxtəlif ölkələrindən incəsənət adamları iştirak edir. Beynəlxalq festivalı "İçərişəhər” Dövlət İdarəsi, "IDEA” (Ətraf Mühitin Qorunması adına Beynəlxalq Dialoq Mərkəzi), Müasir İncəsənət Muzeyi, "Qız qalası” qalereyası”  təşkil edir və Heydər Əliyev Fondu tərəfindən dəstəklənir.



Hər bir rəssama, ona lazım olan ləvazimatlar, Qız qalasının və ceyranın maketi verilir. Festivalda iştirak edən rəssamlar açıq hava altında, insanların gözü qarşısında öz rəsmlərini çəkirlər. Hər bir rəssam ceyran və Qız qalası maketinə baxaraq, öz istedadını, fantaziyasını işə salır və əsərlərini yaradırlar.



Bir neçə gün bundan öncə, Heydər Əliyev adına mədəniyyət mərkəzində olarkən üzərinə müxtəlif  illərdə rəsmlər çəkilmiş ceyran maketlərini görmək şansı qazandım. Ceyran maketlərinin üzərində rəssamlar tərəfindən çəkilmiş təmtəraqlı şəkillər göz oxşayırdı.



Kompozisiyanın ana xəttini iki rəng müəyən edirdi –ağ və qara. Ceyranın üzərində parlaq qırmızı nar şəkilləri də çəkilmişdi. Nar Azərbaycan rəssamlarının yaradıcılığında xüsusi yer tutur. Rəsmin müəllifi Leyla Əliyeva idi.  
 
 
Daha bir orijinal və gözəl ceyran özbək rəssamı Babur İsmayılova məxsus idi.



Ancaq mən, istedadlı və qabilliyətli rəssam Əli Şəmsi tərəfindən üzəri rəsm edilmiş ceyranla şəkil çəkdirmək istədim. Bu xoş heyvanın bütün bədəninin üzəri süzməli göz şəkilləri ilə örtülmüşdü. Ceyranın üzərində göz şəkilindən əlavə, ovçuları da görmək mümkün idi. Ceyran rəssamların gözəl hesab etdiyi heyvanlardan biridir. Amma bu günlərdə ceyran dövlətin qırmızı kitabına düşüb.  



Milli üslubda üzəri işlənmiş ceyran maketi Firuzə Sultanzadəyə məxsusdur. Milli geyimlərin çəkildiyi bu ceyran maketində insanların gündəlik həyatı və bayram günləri təsvir edilib.



Qeyd edim ki, bu ceyranlar açıq havada nümayiş olunur və istənilən şəxs gəlib onlara baxa bilər. Gün işığının düşməsi bu kompozisiyaların görünüşünü daha maraqlı və baxılması üçün rahat edir.

ANN.Az
 
 









Oxşar xəbərlər
Oxşar xəbərlər
Mançester Ratuşası və Prins Albertin  memorialı – REPORTAJ
07:18
Mançester Ratuşası və Prins Albertin memorialı – REPORTAJ
Əl işləri sərgisi - bahar möcüzəsi – REPORTAJ
06:06
Əl işləri sərgisi - bahar möcüzəsi – REPORTAJ
“Dostluğun gücü”  - REPORTAJ
06:05
“Dostluğun gücü” - REPORTAJ
Bəzəkli ceyranlar  Bakıda - FOTOLAR
06:05
Bəzəkli ceyranlar Bakıda - FOTOLAR
Bakıda Məlik Məmmədxanov sərgisi keçirildi - REPORTAJ
06:05
Bakıda Məlik Məmmədxanov sərgisi keçirildi - REPORTAJ
Bu dünyanı istedad və gözəllik xilas edəcək - FOTOLAR
06:05
Bu dünyanı istedad və gözəllik xilas edəcək - FOTOLAR
Rəsmlərdəki cazibədarlıq obrazı - FOTOLAR
23:00
Rəsmlərdəki cazibədarlıq obrazı - FOTOLAR
Rəşad Nuriyev yaradıcılığı: Rənglərin harmoniyası və işığın bolluğu - FOTOLAR
18:07
Rəşad Nuriyev yaradıcılığı: Rənglərin harmoniyası və işığın bolluğu - FOTOLAR
Mançester Kilsəsi – REPORTAJ
10:00
Mançester Kilsəsi – REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol