• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanda ünvanlı sosial yardımın müddəti artırıldı

Azərbaycanda ünvanlı sosial yardımın müddəti artırıldı
16.03.2015 21:12
Azərbaycan prezidenti İlham Əliyev "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci (Sosial yardımın təyin olunması müddəti) maddəsində "1 il” sözləri "2 il” sözləri ilə əvəz edilib. Yəni sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən artıq 1 il deyil, 2 il müddətinə təyin olunur.
 
Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Marqvelaşvili:
12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
10:31
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
Milli Məclisə
10:14
Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır  - FOTO
09:57
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır - FOTO
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
09:37
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
09:10
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol