Angela Merkel: “Krım Ukraynaya qaytarılmalıdır”
Almaniya kansleri Angela Merkel bəyan edib ki, onun ölkəsi və Berlinin müttəfiqləri Krım Ukraynaya qaytarılmadan sakitləşməyəcəklər.
"Biz bu günü Krımın qanunsuz ilhaqı günü kimi yadda saxlamalıyıq. Biz unutmamalıyıq ki, bu akt post-müharibə Avropasındakı düzümü təhlükə altında qoyub. Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmayınca, sakitləşməyəcəyik” – deyib kansler.
Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna prezidenti Petro Poroshenko deyib ki, martın 19-da keçiriləcək Avropa sammitində Qərb liderlərindən Rusiyaya qarşı sanksiyalar məsələsində aydın mövqe gözləyir.
Ukrayna prezidentinin qənaətinə görə Moskvaya qarşı sanksiyalar genişləndirilməlidir, beləki, Rusiya Minsk razılaşmasının şərtlərinə əməl etməyib.
Azadliq.org
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox