• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev Azərbaycan xalqını təbrik edib

İlham Əliyev Azərbaycan xalqını təbrik edib
18.03.2015 20:14
Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir:

"Hörmətli həmvətənlər! Sizi əziz Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, səadət və uğurlar arzulayıram. Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapıb. Odlar diyarını sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb şöhrətləndirmiş mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri müstəsna mövqeyə malikdir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı Bahar bayramının dünya irsinin şah əsərləri sırasında olması hər bir azərbaycanlıya qürur verir.


Yaz bayramı özündə qoruyub saxladığı misilsiz mənəvi qüvvət sayəsində tariximizin ən çətin və mürəkkəb dövrlərində belə gələcəyə nikbin baxmağımızı təmin edib. Ötən əsrin sonlarına doğru müstəqil dövlətçilik idealımıza yenidən qovuşduqdan sonra o, rəsmi milli bayram statusunu qazanıb. Builki Novruz bayramını Birinci Avropa Oyunları ərəfəsində qeyd edirik. Yeniləşən, müasirləşən Azərbaycan müxtəlif ölkələrdən çoxsaylı iştirakçıları Novruz günlərində xüsusən aydın ifadəsini tapan ənənələrimizə uyğun böyük qonaqpərvərliklə qəbul etməyə hazırlaşır. Ümidvaram ki, xalqımıza xas ürək açıqlığı bu Oyunları mühüm idman və mədəniyyət bayramına çevirəcək, onun insanların yaddaşlarında unudulmaz hadisə kimi həkk olunmasına xidmət göstərəcək. Novruz bayramını ölkəmizin hüdudlarından uzaqlarda bütün soydaşlarımız azərbaycançılıq məfkurəsi işığında bizimlə birgə qarşılayırlar. Bu ümumxalq bayramı qoy hər ocağa, hər ailəyə bol sevinc, firavanlıq və ruzi-bərəkət bəxş eləsin. Novruz bayramınız mübarək olsun!”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol