• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev: Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır da

İlham Əliyev: Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır da
19.03.2015 14:50
Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasına təəssüfləndiyini bilidirib. 

"Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan təxribatçı hərəkətlərindən əl çəkmir. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır da”.

Oxu.Az Azərbaycan Dövlət Televiziyasına istinadən xəbər verir ki, bu sözləri dövlət başçısı Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliyində nitqində deyib. 

Prezident bildirib ki, təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir. 

"Əsgərlərimiz vətəni ləyaqətlə qoruyurlar. Ordu quruculuğu bizim üçün əsas vəzifədir. Azərbaycan ordusunun indi dünyada öz gücü, texniki təchizatı ilə fərqlənir”, İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi, düşünülmüş siyasət, sosial vəziyyət cəmiyyətdə bərqərar olmalıdır.

İlham Əliyev qeyd edib ki, Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var. 

Bir neçə gün öncə təməli qoyulan TANAP qaz kəmərinin əhəmiyyətindən danışan prezident vurğulayıb ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və ölkədə hasil olunan qaz dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır.

"Bundan əlavə görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini də artrır.  Azərbaycanın yürütdüyü siyasət ədalətli siyasətdir. Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. 

Bakının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu gün onu dünya miqyaslı sərvətə çevirib”, İlham Əliyev deyib. 

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol