• $
  • £

İlham Əliyev: “Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir”

İlham Əliyev: “Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir”
29.05.2020 11:20
"Bundan sonra da müstəqilliyimizi, xalqımızın rahat yaşamasını təmin edəcəyik”

"Novruz bayramı bizim milli sərvətimizdir. Novruzun yalnız müstəqillik dövründə milli bayram kimi qeyd olunmasına başlanılıb”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Qız qalasının qarşısındakı meydanda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik illərində çətin sınaqlardan keçib, bununla belə, yalnız bu dövrdə xalqımız yüksək zirvələrə çatıb: "Hazırda dünya siyasətində ikili standartlar hökm sürür. Buna baxmayaraq, Azərbaycan inkişaf yolu ilə uğurla gedir. Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir.
 
Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb, ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilib. İlk növbədə milli dəyərlərimizə, bayramlarımıza, ədəbiyyatımıza, incəsənətimizə, doğma ana dilimizə görə biz xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq, Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, yalnız müstəqillik dövründə xalqımız yüksək zirvələrə çata bilər”.
 
Dövlət başçısı qeyd edib ki, tariximizi nəzərə alsaq, bugünkü dövr ən sürətli inkişaf dövrüdür: "Biz bundan sonra da müstəqilliyimizi, xalqımızın rahat yaşamasını təmin edəcəyik”.     

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol