“Real”dan “Barselona”ya rədd cavabı
Madridin "Real” klubunun prezidenti Florentino Peres "Barselona”lı həmkarı Xosep Bartomeunun İspaniya kubokunun final oyununun "Santyaqo Bernabeu” stadionununda keçirilməsi ilə bağlı xahişinə rədd cavabı verib.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, "Barselona” Madrid stadionunun tamaşaçı tutumunun çox olduğunu əsas gətirərək "Atletik”lə final matçının "Santyaqo Bernabeu”da keçirilməsi barədə "Real”a müraciət ünvanlayıb.
Lakin "Real” rəhbərliyi basklı azarkeşlərin separatçı şüar səsləndirəcəyindən ehtiyatlandığını, eyni zamanda həmin fanatların Madridə nifrət etdiklərini bildirərək "Barselona”nın müraciətinə mənfi cavab verib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox