• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İran bombardmana reaksiya verdi

İran bombardmana reaksiya verdi
26.03.2015 16:05
XİN: "Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini pisləyirik

Yəmənda baş verən proseslər getdikcə böyüyür və Körfəz ölkələrini narahat etməyə başlayır. Belə ki, Səudiyyə Ərəbistanının və onun müttəfiqlərinin Yəməndəki husi qrupunun mövqelərinə havadan zərbələr endirməsi İranın kəskin etirazına səbəb olub.

ANS PRESS-in məlumatına görə, İranın Xarici İşlər Nazirliyi bu gün Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini pisləyən bəyanat verib. Bildirilib ki, hərbi əməliyyatlar vəziyyəti daha da çətinləşdirəcək və münaqişənin sülh yolu ilə həllinin mümkünsüz edəcək: "Biz bunu təhlükəli addım adlandırırır və düşünürük ki, bu, ölkədə hərbi çevrilişi daha da gücləndirəcək."

Səudiyyə Ərəbistanı isə bildirib ki, məqsəd Yəmən presidenti Abd-Rabbu Mansour Hadinin qanuni hökumətini qorumaqdır.

ABŞ bəyan edib ki, Vaşinqton əməliyyatlarda birbaşa itirak etmir, Səudiyyə Ərəbistanına koordinasiya və kəşfiyyat məsələlərində kömək göstərir.

Hazırda paytaxt Sənada güclü partlayış səsləri eşidilir, dinc sakinlər arasında ölənlər var. Səudiyyə Ərəbistanı əməliyyata 100 qırıcı təyyarə,150 min əsgər və hərbi-dəniz qüvvələri cəlb edib. Əməliyyatı Küveyt, İordaniya, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyin, Mərakeş və Sudan da dəstəkləyir.

Xatırladaq ki, İranın dəstəklədiyi husi yaraqlıları paytaxt Sənanı ələ keçirib və ölkənin prezidenti ölkənin cənubundakı Ədən şəhərinə sığınıb. Hazırda ölkənin bir sıra əyalətləri yaraqlıların nəzarətindədir.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maqnit qasırğası gözlənilir
Dünya 10:00
Maqnit qasırğası gözlənilir
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Dünya 09:06
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol