• $
  • £

Sərnişin daşımalarında tariflər aşağı salınır

Sərnişin daşımalarında tariflər aşağı salınır
29.03.2015 13:46
Azərbaycanda beynəlxalq sərnişin daşımalarında tariflər aşağı salınır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, martın 11-dən dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər təxminən 35% artmışdır. Beynəlxalq sərnişin daşımalarında bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilmişdir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bununla əlaqədar olaraq, "Rusiya Dəmir Yolları" ASC-yə və Gürcüstan Dəmir Yollarına beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət etmişdir.

Aparılan danışıqların nəticəsi olaraq, "Rusiya Dəmir Yolları" ASC ilə "Azərbaycan Dəmir Yolları" QSC arasındakı ikitərəfli razılığa əsasən, sərnişindaşıma həcminin artırılması məqsədi ilə 30 mart 2015-ci il tarixdən etibarən, Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35% aşağı salınıb.

Martın 15-dən etibarən, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşıma həcminin artırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Gürcüstan Dəmir Yolları ilə "Azərbaycan Dəmir Yolları" QSC arasındakı ikitərəfli razılığa əsasən Gürcüstan ərazisində də gediş haqqı tarifləri aprelin 5-dən etibarən aşağı salınacaq.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin"in qiyməti bahalaşıb
İqtisadiyyat 10:02
"Bitcoin"in qiyməti bahalaşıb
Qızılın qiyməti rekord həddə çatıb
İqtisadiyyat 09:56
Qızılın qiyməti rekord həddə çatıb
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
İqtisadiyyat 09:54
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:41
"Brent" neft bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:18
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
İqtisadiyyat 14:33
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
İqtisadiyyat 10:59
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
“Abşeron” yatağında qaz hasilatının ikinci mərhələsinə 2029-cu ildə başlanması planlaşdırılır
İqtisadiyyat 10:48
“Abşeron” yatağında qaz hasilatının ikinci mərhələsinə 2029-cu ildə başlanması planlaşdırılır
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol