• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Olimpiya Kubokunun yekun mərhələsi başa çatdı

Olimpiya Kubokunun yekun mərhələsi başa çatdı
29.03.2015 14:25
Lənkəran şəhərində DVC ("Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Gənclər Debat Forumu: Olimpiya Kuboku” layihəsinin yekun mərhələsi baş tutub.

Tədbir zamanı "Gənclər Debat Forumu: Olimpiya Kuboku”nun Bakı, Gəncə, Şəki şəhərlərində həyata keçirilən mərhələləri nəticəsində seçilmiş gənc natiqlər yekun debat raundlarında iştirak ediblər. Həyata keçirilən debat raundlarının nəticəsində Bakı şəhərininin komandası Forumun qalibi və bu şəhəri təmsil edən Cavid Abdullayev Forumun ən yaxşı natiqi adına sahib olub.

"Gənclər Debat Forumu: Olimpiya Kuboku” layihəsinin məqsədi "Bakı 2015” Avropa Oyunları ərəfəsində mövzu ilə əlaqədar gənclər arasında təbliğatın aparılması, gənclərin Avropa Oyunları mövzusunda biliklərinin artırılması olub. Forum çərçivəsində həyata keçirilən debatlarda gənclər Avropa Oyunlarının Azərbaycan iqtisadiyyatına verdiyi faydaları müzakirə ediblər.

DVC-nin sədri Seymur Hüseynov qeyd edib ki, "Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı cəmiyyətdə həm müsbət, həm də mənfi fikirlər mövcuddur. Layihə çərçivəsində gənclər araşdırma və debatlar metodologiyası vasitəsi ilə Avropa Oyunlarının Azərbaycana verdiyi faydaları ortaya çıxardılar və nəyə görə Oyunların ölkə səviyyəli prioritet olmasını anladılar. Hamımız üçün aydındır ki, Oyunlar çərçivəsində görülən işlər, infrastruktur obyektlərinin tikintisi, yolların bərpası, üç və dörd ulduzlu mehmanxanaların tikintisi həm yeni iş yerləri yaradır və minlərlə şəxsi işlə təmin edir, həm turizm potensialını artırmaqla ölkə iqtisadiyyatına uzunmüddətli dövrdə müsbət təsir göstərir, həm də Azərbaycan mədəniyyətini, idmanını dünyaya tanıdır”.

Məlumat üçün qeyd edək ki, "Gənclər Debat Forumu: Olimpiya Kuboku” layihəsi çərçivəsində baş tutan təlimlər Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərini əhatə edib və təlimlərdə 200 gənc iştirak edib. Təlimlərdə debat metodologiyası vasitəsi ilə Avropa Oyunlarının keçirilməsinin ölkəmizə verdiyi faydalar haqqında fikir mübadiləsi aparılıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
Cəmiyyət 09:30
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Cəmiyyət 08:50
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Cəmiyyət 00:18
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Cəmiyyət 22:54
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Cəmiyyət 20:35
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:08
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Bakıda restoranda yanğın olub
Cəmiyyət 15:36
Bakıda restoranda yanğın olub
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Cəmiyyət 15:10
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:45
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol