• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Bu gün xalq artisti Şəfiqə Məmmədovanın 70 yaşı tamam olur

Bu gün xalq artisti Şəfiqə Məmmədovanın 70 yaşı tamam olur
30.03.2015 10:36
Bu gün Azərbaycanın xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın doğum günüdür.

"Report" xəbər verir ki, bu gün Şəfiqə Məmmədovanın 70 yaşı tamam olur.

Şəfiqə Məmmədova 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib.

1980-ci ildə Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, Rasim Ocaqovun 1981-ci ildə çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

1968-ci ildən Akademik Milli Dram Teatrınıntruppasına qəbul olunub. Aktrisa U. Şeksprin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), L. Tolstoyun "Canlı meyit" (Maşa), H.Cavidin "Xəyyam" (Sevda), C.Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona) və s. obrazlara səhnə ömrü verib.

Şəfiqə Məmmədovanın Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi obrazlar bu gün də yaddaşlardadır. Ş.Məmmədova yaradıcılığının parlaq dövründə, 1980-ci ildə teatrdan uzaqlaşır və ADMİU-də (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.

Şəfiqə Məmmədovanın kino yaradıcılığı da, maraqlı obrazlarla zəngin olub. "Qaraca Qız" "Dədə Qorqud" "İstintaq" "Bizim Cəbiş müəllim" "Ad günü", "Xoşbəxtlik qayğıları" və. s. bədii filmlərdə maraqlı qadın obrazlarını ifa edib.

Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da, aktyor olub. "Azərbaycanfilm" Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə ("Asif, Vasif, Ağasif", "Burulğan" və s.) filmlərdə baş rolları ifa edib.

Şəfiqə Məmmədova Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nigahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də, valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəfiqə Məmmədovaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol