• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Azərişıq” ASC yenidənqurma işlərinə başladı - Fotolar

“Azərişıq” ASC yenidənqurma işlərinə başladı - Fotolar
30.03.2015 15:41
Regionlarda yeni komplekt transformator məntəqələrinin quraşdırılır

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan "Azərişıq” ASC  təhvil-təslim işlərinin başa çatmasını gözləmədən regionlarda istehlakçıların elektrik enerjisi ilə təchizatı vəziyyətini öyrənməyə başlayıb.

"Azərişıq”dan "APA-Economics”ə verilən məlumata görə, istehlakçıların elektrik enerjisi ilə davamlı təminatı istiqamətində mövcud olan qaçılmaz problemlərin də aradan qaldırılmasına start verilib. İşlərin sürətləndirilməsi üçün bayram günləri də daxil olmaqla  "Azərişıq”ın vəzifəli şəxsləri, mütəxəssisləri regionlara olublar.

Ölkədə gedən iqtisadi inkişafa uyğun olaraq ölkə başçısının imzaladığı sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə "Azərişıq”da yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə də artıq başlanılıb. Bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb. Cəmiyyətin bazasında texniki təchizat bazası yaradılıb.  Ölkəmizin bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində  yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki  üstünlüklərə malik olmaqla  yeni, müasir KTM-lərdir.

Bu işlərlə yanaşı uzun illər istismar olunan ağac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Bu güc mərkəzlərinin qidalandırılması da  yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün  hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri  də gedir.

Bayram günlərində gücləndirilmiş iş rejimində çalışan "Azərişıq”ın əməkdaşları Şimal Regionunda (Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz) onlarla komplekt transformator məntəqəsini quraşdıraraq istifadəyə verib. KTM-lər quraşdırılan ərazilərdə tam təhlükəsiz və zövqoxşayan şərait yaradılıb. Yeni quraşdırılan KTM-lər istehlakçılar üçün yerlərdə etibarlı, təhlükəsiz, dayanıqlı elektrik enerjisinin ötürülməsinə tam təminat verir.

"Azərişıq” prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qısa müddət ərzində mövcud problemlərin aradan qaldırılmasını, elektrik təchizatında daha müasir metodların tətbiqini, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsini əsas məqsəd kimi qarşısına qoyub.

Xatırladaq ki, "Azərişıq” ASC Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamından sonra yaradılıb. "Azərenerji” ASC-dən təhvil-təslim işləri isə sərəncama uyğun olaraq, 10 aprel 2015-ci ildə başa çatdırılacaq.

ANN.Az
 












Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
09:26
Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
Dəmir yolu vağzalı yenilənir - Fotolar
08:53
Dəmir yolu vağzalı yenilənir - Fotolar
Sürücülərə şad xəbər - Fotolar
08:43
Sürücülərə şad xəbər - Fotolar
Gələn ay Bakıda yeni yol açılacaq - Fotolar
08:40
Gələn ay Bakıda yeni yol açılacaq - Fotolar
Bakıda fantastik qiymətə yolka - FOTOLAR
06:12
Bakıda fantastik qiymətə yolka - FOTOLAR
Nazirlik müharibə əlillərini sevindirdi - Fotolar
06:12
Nazirlik müharibə əlillərini sevindirdi - Fotolar
Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar
06:10
Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar
Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır
06:10
Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır
İlham Əliyev yeni metro qatarları ilə tanış oldu - Video+Fotolar
Qaynari.nfo 06:10
İlham Əliyev yeni metro qatarları ilə tanış oldu - Video+Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol