• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Dövlət başçılarının maaşı - SİYAHI

Dövlət başçılarının maaşı - SİYAHI
31.03.2015 14:07
Dünya liderlərinin nə qədər maaş alması hər zaman ictimaiyyəti maraqlandırıb. Axı onlar da adi işçilər kimi tutduqları vəzifəyə görə maaş alırlar. Media da zaman-zaman bununla bağlı məlumatları yayıb.
 
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, dünya liderlərinin maaşı barəsində son göstəriciləri təqdim edir.

Belə məlum olur ki, hazırda dünyada ən yüksək maaşı Sinqapurun baş naziri Li Hsien Loonq alır. Onun illik məvacibi 1 milyon 700 min dollardan bir qədər artıqdır.

Bu, ABŞ prezidenti Barak Obamanın maaşından təxminən 4 dəfə artıqdır. Belə ki, Ağ ev rəhbərinin maaş kartı hər il 400.000 dollara qovuşur.

Siyahıda yer alan digər liderlərin maaşlarına baxaq...

Kanada prezidenti Stepan Harper 260 min dollarla ən çox maaş alan dövlət başçılarının siyahısında 3-cü sırada qərarlaşıb.

O, siyahıda özündən sonra gələn lideri – Almaniya kansleri Angela Merkeli 26 min dollar qabaqlayır. Belə ki, xanım kanslerin illik məvacibi 234 min dollardır.

Cənubi Afrika Respublikasının başçısı da öz maaşının çoxluğuna  görə fərqlənir. Prezident Zuma ildə 223.500 dollar maaş alır.

O, bu maaşla yüksək iqtisadi inkişafına görə fərqlənən ölkələrin - Böyük Britaniya və Yaponiya rəhbərlərini qabaqlayır.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun  kartına yüklənən maaşın məbləği ildə 214.800 dollar olur.

Yaponiyanın baş naziri Şinzo Abe isə ildə 202.700 dollar maaş alır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tutduğu posta görə il ərzində aldığı maaş 197.400 dollar təşkil edir. O, bu göstərici ilə Fransa prezidenti Fransua Ollandı 3100 dollar qabaqlayır.

Belə ki, Fransa prezidentinin illik maaşı 194.300 dollara bərabərdir.

Dünyanın hazırkı iqtisadi durumuna təsir edən liderlərdən biri - Vladimir Putin isə həmkarlarından xeyli az maaş alır. Onu da qeyd edək ki, Rusiya prezidenti bu ilin əvvəlində öz maaşını 10 faiz azaldıb. Hazırda Putinin maaşı ildə 136 min dollara çatır.

Siyahının sonrakı pillələrində isə bu dövlət başçıları yer alır:

İtaliyanın baş naziri Matteo Remzi - ildə 124.000 dollar.

Braziliyanın xanım prezidenti Dilma Rusef - ildə 120.000 dollar

Hindistan prezidenti Narendra Modi – ildə 30.000 dollar.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol