• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Gənclərin III Ümumrespublika Teatr Festivalının açılışı oldu - Fotolar

Gənclərin III Ümumrespublika Teatr Festivalının açılışı oldu - Fotolar
31.03.2015 16:57
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclərin III Ümumrespublika Teatr Festivalının sonuncu mərhələsinin açılış mərasimi keçirilib.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumta görə, açılışda çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Beynəlxalq ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti, Respublikanın Əməkdar Artisti Mübariz Həmidov qonaqları və festival iştirakçılarını salamlayaraq, üçüncü dəfə keçirilən festivalın məqsəd və mərami haqqında məlumat vermiş, belə festivalların gənclərdə  teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək əsas məqsədi daşıdığını qeyd etmişdir. Daha sonra M.Həmidov festivalın ideya müəllifi, millət vəkili Jalə Əliyevanın təbrikini festival iştirakçılarına çatdırdı.  
 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin yaxından dəstəyi ilə keçirilən festivala 2 il ərzində 250-ə yaxın istedadlı gənc qoşulub.
 
2014-cü ilin oktyabr ayının 1-dən start götürən festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edərək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri almaq imkanı əldə ediblər.
 
Ümumilikdə 12 yaradıcı komandanın iştirak edəcəyi festivalda 8 peşəkar və həvəskar teatr kollektivi, eləcə də Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa 3 gün ərzində 12 tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış edəcəklər.
 
Hazırlanan tamaşaların mövzusu sırf narkomaniya düşkünlüyünə, narkotikin qanunsuz  satışına etiraz ruhuna köklənib. Elə buna görə də  festivalın devizi məhz "NARKOSTOP” seçilib.
 
Festivalın münsiflər heyətinə Xalq Artisti Ramiz Novruzov, Əməkdar Artistlər Sənubər İsgəndərli, Hüsniyyə Mürvətova, Nicat Kazımov, Əməkdar İncəsənət Xadimi Əbdül Mahmudov rəhbərlik edirlər.
 
Məlumat üçün bildirək ki, qaliblər festivalın son günü – aprel ayının 2-də müəyyənləşəcəklər.  

ANN.Az
 





Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyada ən çox satılan kitablar
11:12
Dünyada ən çox satılan kitablar
Milad bayramında izlənəcək ən  yaxşı 10 film
11:02
Milad bayramında izlənəcək ən yaxşı 10 film
Azərbaycan teatrında ilk dəfə - Fotolar
09:22
Azərbaycan teatrında ilk dəfə - Fotolar
06:40
"Qadınlığın simvolu" vəfat etdi - VİDEO
Kikabidze Bakıda konsert verdi
06:17
Kikabidze Bakıda konsert verdi
Stalinin ev muzeyi - Fotolar
06:06
Stalinin ev muzeyi - Fotolar
“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
06:06
“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
06:06
“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
Gənc Tamaşaçılar Teatrında teatr – məktəb əlaqələri genişlənir...
06:06
Gənc Tamaşaçılar Teatrında teatr – məktəb əlaqələri genişlənir...
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol