• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Məşhur jurnalistlər Bakıya gəlir

Məşhur jurnalistlər Bakıya gəlir
01.04.2015 17:55
Aprelin 2-dən 5-dək Azərbaycan Mətbuat Şurasının (MŞ) dəvəti ilə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ölkəmizdə səfərdə olacaqlar.

Şuradan AzVision.az-a verilən məlumata görə, qardaş ölkənin "Sabah", "Posta", "Hürriyyət" qəzetlərinin, Fox, NTV, ATV, "Kanal A", "CNN Türk" və digər telekanallarının, həmçinin "Anadolu" agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edəcək.

Səfərdən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilən işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

MŞ-nin beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqlar Azərbaycan Prezidenti Administrasiyasında, Milli Məclisdə, Heydər Əliyev Mərkəzində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Azərbaycan Mətbuat Şurasında görüşlər keçirəcək, həmçinin paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Cəmiyyət 08:50
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Cəmiyyət 00:18
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Cəmiyyət 22:54
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Cəmiyyət 20:35
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:08
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Bakıda restoranda yanğın olub
Cəmiyyət 15:36
Bakıda restoranda yanğın olub
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Cəmiyyət 15:10
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:45
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Cəmiyyət 13:15
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol