• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Obamanın təşəkkür etdiyi azərbaycanlı bacı-qardaş

Obamanın təşəkkür etdiyi azərbaycanlı bacı-qardaş
02.04.2015 12:07
Bakıdakı Avropa Azərbaycan Məktəbində  təhsil alan  bacı-qardaş Tural və Fidanın  istedadına görə bu yaxınlarda Ağ Evdə çıxış edən ABŞ prezidenti Barak Obama Azərbaycana xüsusi təşəkkür edib.

Azərbaycanlı şagirdlərin yaxınlarının Modern.az-a verdikləri məlumata görə, bu yaxınlarda ABŞ-da  Şagirdlərin 2-ci  Film Festivalı  keçirilib.
Belə ki, Ağ Ev tərəfindən təşkil edilən festival, bu il "Cəmiyyətə qulluq və yardım” formasında baş tutub. ABŞ şagirdləri üçün nəzərdə tutulan bu qısametrajlı film festivalında ilk dəfə olaraq Azərbaycandan olan şagirdlər də öz filmləri ilə qatılıblar. Həmin  şagirdlər isə, bizim balaca qəhrəmanlarımız Tural və Fidan Abdulla olublar.

Bacı-qardaşın festivala təqdim etdikləri film orada çox böyük maraqla qarşılanıb və münsiflər heyəti tərəfindən xüsusi fəxri fərmana layiq görülüb.

Filmdə məktəblilərimiz 2008-ci ilin noyabrında prezident seçkilərində uğur qazanan Barak Obamanın Çikaqoda kütlə qarşısında söylədiyi qələbə nitqindən bir parçanı canlandırıblar. Həvəskar kamera ilə çəkilməsinə baxmayaraq, Turalla Fidanın filminə uğur qazandıran əsas amil, onların öz istedadlarını ingilis dilində  çox mükəmməl formada nümayiş etdirmələri olub.

Festivalda şəxsən iştirak edən prezident Barak Obama öz açılış nitqində azərbaycanlı məktəblilərin işini xüsusi qeyd edib və təşəkkürünü bildirib. 


Tural Abdulla deyir ki, dərs ilinin əvvəlində məktəbin dram dərsində bizə ingiliscə qısametrajlı film hazırlamaq tapşırıldı. O zaman hər şagird bir mövzu seçdi: "Mən belə qərara gəldim ki, Amerika prezidenti Barak Obamanın məşhur "Yes, we can" çıxışını səhnələşdirim.

Həmin çıxışı Barak Obama seçkilərdə qələbə çaldığı zaman kütlə qarşısında söyləmişdi. O çıxışın məzmunu belədir ki, qarşısına məqsəd qoyan və israrla çalışan hər bir kəs əvvəl-axır öz istəyinə çatır. Müəlliməmin köməyi ilə həmin çıxışı qısaldıb səhnələşdirdik və məktəbdə keçirilən Yeni il şənliyində tamaşaya qoyduq. Həmin ərəfədə valideynlərimdən öyrəndim ki, Amerikada məktəblilərin qısametrajlı film festivalı keçiriləcək. Bacımla birlikdə həmin səhnəni telefona çəkərək valideynlərimin köməyi ilə festivala təqdim etdim.

Məqsədim bu idi ki, bu film vasitəsi ilə ölkəmi Amerika məktəblilərinə tanıdım və onlara sübut edim ki, Azərbaycanda yüksək təhsilli və istedadlı şagirdlər var". Bacısı Fidan Abdulla sözügedən filmdə  ABŞ-ın birinci xanımı Mişel Obamanın obrazını canlandırıb:

"Bu tamaşanı hazırlayan zaman qardaşım Turala kömək edirdim. Sonra həmin çıxışın videosuna bir neçə dəfə baxıb, Turalla telefona çəkdik.

Düzü, inanmırdıq ki, bu film Barak Obamanın xoşuna gələcək. Amma o, bizə hələ təşəkkür məktubu da göndərdi. Mən o vaxt həyəcanlandım. Elə bildim, atam bizimlə zarafat edir.

Amma sonra bildim ki, Obama mənə məktub yazıb. Ardınca fəxri fərman və təşəkkürnamə göndərib".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Obamanın təşəkkür etdiyi azərbaycanlı bacı-qardaş
Qaynari.nfo 12:07
Obamanın təşəkkür etdiyi azərbaycanlı bacı-qardaş
Moskvada azərbaycanlı müğənnini işgəncə verərək döydülər
Qaynari.nfo 18:39
Moskvada azərbaycanlı müğənnini işgəncə verərək döydülər
Elnur Hüseynovun
13:20
Elnur Hüseynovun "Eurovision"da qalib gəlmək şansı nə qədərdi? - AÇIQLAMA
Bu il Azərbaycanı “Eurovision”da Elnur Hüseynov təmsil edəcək
Qaynari.nfo 15:33
Bu il Azərbaycanı “Eurovision”da Elnur Hüseynov təmsil edəcək
Yuxudan gec durur, narkotikdən istifadə edir, sekslə çox məşğul olurlar - ARAŞDIRMA
14:51
Yuxudan gec durur, narkotikdən istifadə edir, sekslə çox məşğul olurlar - ARAŞDIRMA
Nə üçün gələcəyimiz kitab oxumaqdan asılıdır? - MƏQALƏ
14:50
Nə üçün gələcəyimiz kitab oxumaqdan asılıdır? - MƏQALƏ
Mel Gibson: “Bütün pisliklərin kökündə yəhudilər dayanır”
Qaynari.nfo 21:59
Mel Gibson: “Bütün pisliklərin kökündə yəhudilər dayanır”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol