• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Putin qəzada ölənlər üçün pul ayırdı

Putin qəzada ölənlər üçün pul ayırdı
02.04.2015 16:41
Oxot dənizində göyərtəsində 132 nəfərin olduğu "Dalnıy Vostok” gəmisində həlak olan şəxslərin xatirəsinin yad edilməsi məqsədilə aprelin 6-ı Rusiyanın Saxalin vilayətində matəm günü elan edilib.

Bu arada Rusiya prezidenti Vladimir Putin gəmidə həlak olan şəxslərin ailələrinə maliyyə yardımın edilməsini tapşırıb. Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da təsdiqləyib: "Prezident operativ şəkildə axtarış-xilasetmə işləri barədə məlumat alır və ümumilikdə, prosesdə iştiraj edən nazirlik və idarələrin işindən razıdır”.

Qeyd edək ki, bu gün Oxot dənizində Rusiyaya məxsus gəmi batıb. Son məlumatlara əsasən gəminin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb. Son məlumatlara əsasən 63 nəfər xilas edilib.

Hazırda gəminin göyərtəsində olan 15 nəfərin axtarışı davam etdirilir. Onların batmış gəminin anbar hissəsində ola biləcəyi ehtimal olunur.

Xilasetmə əməliyyatları ilə bağlı hadisə yerinə 26 gəmi göndərilib.

Məlumata əsasən gəmi batan zamanı onun göyərtəsində olan azərbaycanlılar bunlardır:

Məhəmməd Səfər oğlu Səfərov (12.02.1964)
Muradəli Qurban oğlu Məhərrəmov (09.04.1987)
Elman Sərdan oğlu Əliyev (17.10.1964)
Mayilağa Ulduz oğlu Talıbov (28.12.1964)
İmaməddin Hidayət oğlu Sadıqov (23.02.1969)
Fazil Bilal oğlu Şakirov (23.10.1959)
Yaşar Sərdan oğlu Əliyev (13.03.1975) //azvision.az



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol