• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycan Petkimə 10 milyarddan çox sərmayə qoyacaq

Azərbaycan Petkimə 10 milyarddan çox sərmayə qoyacaq
03.04.2015 10:45
2008-2018-ci illər ərzində Petkim yarımadasına qoyulacaq sərmayələrin həcmi 10 milyard dolları aşacaq və bu yatırımlar hər iki ölkə üçün mühüm əhəmiyyətə malikdir.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dünən İzmir şəhərində keçirilən "Petkim” neft-kimya holdinqinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

SOCAR-ın məlumatında bildirilir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev holdinqin son illərdəki fəaliyyətindən və əldə etdiyi istehsalat nailiyyətlərindən razı qaldığını bildirib, bir qrup qabaqcıl əməkdaşa mükafatlar təqdim edib.

"Türkiyə Petrol İş Sendikasının rəhbəri Mustafa Öztaşkın və İzmir valisi Mustafa Toprak SOCAR-ın "Petkim”ə yeni nəfəs verdiyini, inşası davam etdirilən STAR neft emalı zavodunun, yaxın zamanlarda istifadəyə veriləcək konteyner limanının təkcə İzmir vilayətinin deyil, bütün Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcəyini söyləyib” - deyə, SOCAR-ın məlumatında deyilir.

Qeyd edək ki, tədbirdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İzmir Valisi Mustafa Toprak, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğan, "SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz, "Petkim” rəhbərliyinin nümayəndələri iştirak ediblər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol