• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Lukaşenko Putini ələ saldı

Lukaşenko Putini ələ saldı
03.04.2015 15:03
Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında vahid valyutanın tətbiqi bu günün məsələsi deyil.

ANS PRESS-in məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O, "bu, vahid valyuta olacaq, yoxsa ancaq üzv ölkədə istifadə olunacaq" sualına cababında deyib: "Biz Astanada vahid valyutanın yaradılması məsələsini üçlükdə müzakirə edirkən Putin söylədi ki, iqtisadi sahədə əməkdaşlığımızı daha da dərinləşdirməliyik. Bunun üçün biz nə vaxtsa vahid valyuta məsələsi ilə qarşılaşacağıq. Bir halda ki, avro valyuta kimi Avropa İttifaqı miqyasından çıxdı, demək, bunu etmək mümkündür." 

Belarus lideri Rusiya prezidentinin fikirləri ilə razılaşmadığını, bunu real saymadığını və bununla bağlı ancaq ekspertlərin fikir bildirdiyini söyləyib: "Bu barədə ekspertlər çoxdan danışırlar. Amma hansısa bir dövrdə, hətta uzaq dövrdə vahid valyutanın tətbiqi məsələsi real görünmür. Bu, bizim ittifaqımızda sonuncu ola bilər. Hələ o qədər problemlər və çağırışlar var ki, heç bilinmir Avrasiya İqtisadi İttifaqı bu vahid valyutaya qədər yaşayacaqmı."

A.Lukaşenko vurğulayıb ki, bu problemi Rusiya mütəxəssisləri daha çox şişirdirlər. Onlar elə danışırlar ki, sanki sabah vahid valyuta olacaq. Qarşıda belə bir məsələ yoxdur. Vahid valyuta bu günün məsələsi deyil."

Xatırladaq ki, bu il martın 20-də Rusiya, Belarus və Qazaxıstan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev Astanda görüşüblər. V.Putin görüşdən sonra deyib ki, vahid valyutanın yaradılması haqqında danışıqlara başlamaq üçün üç ölkəyə vaxt verilib. Biz tərəfdaşlarla pul-kredit siyasətinin koordinasiyasını davam etdirməyə qərar verdik. Düşünürük ki, bununla bağlı danışmağın vaxtı çatıb və perspektivdə vahid valyutanın formalaşdırılması imkanı var.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Dünya 09:06
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol