“Napoli” Beniteslə yolları ayırır
"Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Rafael Benitesin işindən narazıdır.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu səbəbdən klub onunla yolları ayırmaq barədə düşünür.
Qeyd edək ki, bu mövsümün sonu ispaniyalı mütəxəssisin "Napoli” ilə müqaviləsi başa çatır. Komandanın göstərdiyi nəticələrdən razı qalmayan klub rəhbərliyi isə müqaviləni uzatmamaq qərarı verib.
Xatırladaq ki, hazırda "Napoli” A seriyasında 6-cı yeri tutur. Komandanın Çempionlar Liqasına vəsiqə qazanmamaq təhlükəsi ilə üzləşib.
Bildirilir ki, hazırda "Napoli” Luçano Spaletti və Çezare Prandelli ilə danışıqlar aparır.
ANN.Az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər