• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Serj Sarkisyan: “Müharibədə plov paylamırlar, biz də böyük itkilər verərik”

Serj Sarkisyan: “Müharibədə plov paylamırlar, biz də böyük itkilər verərik”
07.04.2015 17:39
Ermənistan prezidenti Serj Sərkisyan "Rossiya 24” telekanalının "Mövqe” proqramına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərindən də danışıb.

"Biz əminik ki, Minsk Qrupunun həmsədri olan dövlətlərin başçılarının bəyanatlarında və Azərbaycanla 7 ildir apardığımız danışıqlarda müzakirə olunan sənəddə əks olunan prinsiplər və elementlər Qarabağ münaqişəsinin qarşılıqlı məqbul həll yoludur. Həmsədr ölkələrin konsensus-mövqeyi bundan ibarətdir ki, prinsiplər və elementlər vahid təşkil edir, heç bir halda prinsiplərdən birinə, yaxud digərinə üstünlük vermək olmaz” - deyə Sərkisyan bildirib.

Virtualaz.org sayı xəbər verir ki, Ermənistan prezidentinin bildirdiyinə görə, həmsədr ölkələrin xalqların müharibəyə yox, sülhə hazırlanması barədə çağırışlarını bölüşür.

"Lakin təəssüf ki, Azərbaycan rəhbərliyi tam tərsinə hərəkət edir. Ötən ilin yayından başlayaraq rəsmilərin bəyanatlarından başa düşülür ki, təmas xəttində vəziyyətin gərginləşməsini Azərbaycan istəyir” - Sərkisyan deyib.

Ermənistan prezidenti bildirib ki, əgər Azərbaycan müharibəyə başlasa onların müdafiə olunmaqdan başqa yolu qalmayacaq: "Şərqdə deyildiyi kimi, müharibədə plov paylamırlar. Müharibə itkilər deməkdir. İstənilən nəticədə biz də böyük itkilər verərik. Böyük Vətən müharibəsində də böyük itkilər olub. Hər 9 ermənidən biri, əhalinin 12 faizi müharibədən qayıtmayıb”-o deyib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol