• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Prezident gəlirlərini elan etdi

Prezident gəlirlərini elan etdi
28.05.2020 22:35
Pyotr Poroşenko 2014-cü il üçün gəlirlərini, ödədiyi vergiləri və banklarda malik olduğu vəsaitlərin miqdarını açıqlayıb

Ukrayna prezidenti Pyotr Poroşenko 2014-cü il üçün gəlir bəyannaməsini və banklarda, digər maliyyə qurumlarında malik olduğu aktivlərin miqdarını açıqlayıb.

APA-nın xəbərinə görə, prezidentin mətbuat xidməti tərəfindən açıqlanan gəlir bəyannaməsində P. Poroşenkonun 2014-cü il ərzində 368,9 milyon qrivna gəlir əldə etdiyi göstərilib: "Ötən il Poroşenkonun məcmu gəlirlərinin ümumi miqdarı 368 milyon 943 min 679 qrivna, ailə üzvlərinin gəliri isə 36 min qrivna təşkil edib. Gəlirlərin 345 milyon 670 min 8 qrivnası dividentlər və faizlərdən, 11 milyon 253 min 718 qrivnası qiymətli kağızların və korporativ hüquqların əldən çıxarılmasından, 961 min 780 qrivnası isə əmlak satışından daxil olub”.       
 
Prezident dövlətə 17 milyon 941 min 932 qrivna vergi ödəyib. Xeyriyyə məqsədlərinə isə 123 milyon 166 min 37 qrivna vəsait xərcləyib. O, ötən il əvvəlcə deputat, sonra prezident kimi aldığı maaşın hamısını xeyriyyə məqsədlərinə sərf edib.
 
P. Poroşenkonun banklarda və digər maliyyə qurumlarındakı vəsaitlərinin həcmi 2014-cü ilin sonunda 451 milyon 925 min 60 qrivna təşkil edib.
 
Açıqlamada bildirilib ki, P. Poroşenko prezident kimi fəaliyyəti ilə bağlı bəzi xərcləri öz cibindən ödəyir. Belə ki, o, çox uzaqda yerləşən dövlətlərə səfərləri zamanı (məsələn, Avstraliya, Sinqapur) aviauçuşlar üçün yanacağın qiymətini özü ödəyib. P. Poroşenko prezident seçildikdən bəri hər hansı yeni əmlak və mülkiyyət əldə etməyib.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
Dünya 11:53
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünya 11:40
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
İzmirdə meşəlik ərazidə yanğın başlayıb
Dünya 09:00
İzmirdə meşəlik ərazidə yanğın başlayıb
Putin və Tramp arasında görüş başa çatıb- Yenilənib
Dünya 04:33
Putin və Tramp arasında görüş başa çatıb- Yenilənib
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Dünya 22:10
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Dünya 21:27
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Dünya 20:30
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Britaniyada hava limanında iki təyyarə toqquşub
Dünya 20:27
Britaniyada hava limanında iki təyyarə toqquşub
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Dünya 19:06
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol