• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək

2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
29.05.2020 09:15
Azərbaycan 2017-ci ildə daha bir beynəlxalq idman yarışına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalayıb.
 
Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb.

IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda – Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da "Bakı-2015” ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların isə "Bakı-2015” üçün nəzərdə tutulan Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulub.
 
Bu məqsədlə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud müqaviləni imzalayıblar.
 
Qeyd edək ki, hazırda ölkəmiz "Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Həmçinin cari ildə ölkəmizdə şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə Olimpiada, "Formula-1” üzrə Avropa Qran-pri yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
09:15
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
21:58
"Qəbələ" "Borussiya"ya uduzdu - FOTOLAR
Cəzasızlıq cinayətə təhrik edən ən böyük amillərdən biridir
23:46
Cəzasızlıq cinayətə təhrik edən ən böyük amillərdən biridir
İlham Əliyevdən idman etikası – VİDEO
12:52
İlham Əliyevdən idman etikası – VİDEO
Bağlanış mərasiminə bu qədər bilet satılıb
11:46
Bağlanış mərasiminə bu qədər bilet satılıb
Nazir “Bakı-2015”in açılış xərcini açıqladı
11:30
Nazir “Bakı-2015”in açılış xərcini açıqladı
23:41
"Qızıl top" üçüncü dəfə Ronaldoda!
Prezident
17:40
Prezident "Qarabağ"a 1 milyon ayırdı
“Qarabağ” UEFA-ya şikayət edəcək
09:08
“Qarabağ” UEFA-ya şikayət edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol