Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə

8 il qardaşının həyat yoldaşı ilə yaxın münasibətdə olan "Manchester United"in əfsanəvi ulduzu Rayan Gigzin Rhodrinə zəng edərək, etdiyi xəyanətə görə ondan üzr istədiyi deyilir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bir vaxtlar qardaşlar arasında Nataşa adlı xanıma görə problem yaranmış, uzun müddət bir-birindən küsülü qalmışdılar.

1990-2014-cü illər arası "Manchester United"də forma geyinən və tarixi uğurlara imza atan Rayan Gigzin qardaşı Rhodri Gigzin arvadı Nataşa ilə 8 il gizli münasibətdə olması faktını ingilis mediası ortaya çıxarıb.
Qardaşına çox əsəbi olan Rhodri Gigz mediaya açıqlamasında "Rayan seksdən ötrü ailəmi məhv etdi" demişdi və Nataşa ilə rəsmən ayrıldığını elan etmişdi.

İngilis "The Sun" qəzetinin yazdığına görə, bugünlərdə qardaşlar barışıb. Qardaşlar arasında skandalın ortaya çıxmasından 4 il sonra Rayanın qardaşına telefon açdığı və üzr istədiyi bildirilib.
Qəzet "Forgive me" yəni "Məni bağışla" ifadəsini qardaşların "Giggs" soyadı ilə birləşdirərək zarafatla yeni ifadə yaradıb: "ForGiggs me".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 