• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Bakı aeroportunda qorxulu anlar

Bakı aeroportunda qorxulu anlar
11.04.2015 13:21
"British Airways” şirkətinin Bakıdan Londona uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.

ANS PRESS xəbər verir ki, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, aprelin 10-da Bakıdan Londona uçan "British Airways” şirkətinə məxsus "Aerobus-321” tipli təyyarə 21:19-da havaya qalxıb. Uçuşdan 11 dəqiqə sonra gəmi kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun dispetçer xidməti ilə əlaqə saxlayaraq təyyarənin iki mühərrikindən birində yanğın baş verdiyini bildirib və Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edəcəyi barədə xəbər verib.

Bu barədə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərova dərhal məlumat verilib.

Onun göstərişi ilə hava limanının bütün qəza xilasetmə xidmətləri təyyarəni qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Saat 21:46-da "Aerobus-321” hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Təyyarənin göyərtəsində olan 92 sərnişin və heyət üzvlərindən heç kəs xəsarət almayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda məhbus öldü
Qaynari.nfo 10:58
Azərbaycanda məhbus öldü
Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
Qaynari.nfo 08:53
Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Qaynari.nfo 06:38
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Qaynari.nfo 06:37
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Azərbaycan elminə itki üz verib
Qaynari.nfo 04:34
Azərbaycan elminə itki üz verib
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib
Qaynari.nfo 03:38
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Qaynari.nfo 02:32
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol