• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev: “Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir”

İlham Əliyev: “Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir”
11.04.2015 11:29
"Bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir”
 
"Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.
 
Ölkə başçısı bildirib ki, dərman preparatlarının bazarı Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalıb.
 
Prezident bunun dözülməz hal olduğunu da qeyd edib: "Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır”.
 
Prezident bildirib ki, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir: "Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Cəmiyyət 08:50
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Cəmiyyət 00:18
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Cəmiyyət 22:54
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Cəmiyyət 20:35
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:08
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Bakıda restoranda yanğın olub
Cəmiyyət 15:36
Bakıda restoranda yanğın olub
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Cəmiyyət 15:10
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:45
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Cəmiyyət 13:15
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol