• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

Nazirlik: Kamança Azərbaycanın milli musiqi alətidir

Nazirlik: Kamança Azərbaycanın milli musiqi alətidir
13.04.2015 13:29
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi İran İslam Respublikasının Tarixi Məkanların Qeydiyyat Şöbəsinin rəhbəri Fərhad Nəzərinin kamançanın bu ölkəyə məxsus olması haqda dediklərinə münasibət bildirib.
 
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov "Report" a bildirib ki, Azərbaycan muğamının YUNESKO -nun qeyri-maddi irs siyahısına salınması muğamın elementləri olan tar, kamança və qavalın Azərbaycanın milli musiqi aləti olmasına bariz sübutdur: "Rəsmən bəyan edirəm ki, tar, kamança və qaval dünyada Azərbaycanın milli musiqi aləti kimi tanınır".

Qeyd edək ki, İran İslam Respublikasının Tarixi Məkanların Qeydiyyat Şöbəsinin rəhbəri Fərhad Nəzərinin "Mehrnews" saytına açıqlamasında deyib ki, kamança simli aləti İrana məxsusdur: "Onu bir neçə ölkənin musiqi aləti kimi təqdim etmək olmaz. Kamança İran musiqi aləti kimi Yuneskonun qeyri-maddi mədəni irs siyahısına daxil edilməlidir"


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol