• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

BMT “erməni soyqırımı”nı tanımağa tələsmir

BMT “erməni soyqırımı”nı tanımağa tələsmir
14.04.2015 12:07
Pan Gi Munun rəsmi nümayəndəsi bəyanatla çıxış etdi.

BMT-nin Baş katibi Pan Gi Mun Osmanlı imperiyasında ermənilərin sıxışdırılmasını "dəhşətli cinayət” hesab etsə də, "soyqırım” terminindən istifadə etməyə tələsmir və ölkələri 100 il əvvəl baş vermiş hadisələrin faktlarını müəyyənləşdirmək məqsədilə əməkdaşlığı davam etdirməyə çağırır.  

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə bazar ertəsi BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Cüarrik bildirib.

Onun sözlərinə görə, ümumdünya təşkilatının katibliyində ötən bazar 1915-1916-cı illərdə ermənilərin kütləvi qətli və sıxışdırılmasını "XX-ci əsrin ilk soyqırımı” adlandırmış Roma Papası Fransiskin fikirlərini nəzərə alıblar.

Cüarrik qeyd edib ki, Pan Gi Mun "aprelin 24-də Ermənistanda və digər ölkələrdə 1915-ci ilin faciəli hadisələrinin 100 illiyinin qeyd olunacağını yaxşı xatırlayır”, bununla belə, "baş vermiş hadisənin təsnifatlaşdırılması ilə bağlı məsələnin həssaslığını da dərk edir”.

"Baş katib əmindir ki, bu tarixin qeyd edilməsi, 1915-ci ilin faciəli hadisələrinin yad edilməsi, həmçinin baş verənlər ətrafında faktların müəyyənləşdirilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi bizim gələcəkdə belə hadisələrin təkrarlanmamasına yönəlmiş ümumi səylərimizi möhkəmləndirməlidir”, - Baş katibin rəsmi nümayəndəsi bildirib.

Roma Papasının Vatikanda Müqəddəs Pyotr kilsəsində, erməni prezidenti Serj Sarkisyanın iştirak etdiyi mərasimdəki bəyanatı Türkiyədə kəskin neqativ reaksiyaya səbəb olub.

Vatikanın Ankaradakı səfiri Antonio Lüçibello izahat üçün Türkiyə XİN-ə çağırılmış, xarici işlər naziri Mövlud Çavuşoğlu isə Papanın qondarma erməni soyqırımı barədə səsləndirdiyi fikirləri yolverilməz və tarixi təhrif edən adlandırmışdı.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol