• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Klinton-Buş savaşı indidən başladı

Klinton-Buş savaşı indidən başladı
14.04.2015 18:13
Hillari Klintonun prezidentliyə namizədliyini elan etməsi ilə Buş ailəsindən dövlət başçısı olmaq istəyən üçüncü üzvü Ceb Buş hərəkətə gəlib

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun həyat yoldaşı, eləcə də keçmiş xarici işlər naziri Hillari Klinton dünən şəxsi internet saytında 2016-cı ildə keçiriləcək seçkilərdə namizəd olacağını elan etməsi ilə digər rəqiblərini də hərəkətə gətirib. Klintonun videosu yayılandan 2.5 saat sonra onun 420 mindən çox şəxs tərəfindən paylaşılması diqqət çəkib. Qeyd edək ki, 2008-ci ildə də xanım Klinton prezidentliyə namizəd olmaq istəyirdi. Amma o dönəm Barak Obamanın xeyrinə öz namizədliyini geri çəkmişdi. Mütəxəssislər hesab edir ki, hazırda Hillari Klintonun şansları daha yüksək dəyərləndirir.

Həm də ümumi rəylər xanım Klintonun xeyinədir. Klintonun namizədliyini rəsmi şəkildə elan edən videonun yayımlanmasından sonra Respublikaçılar öz narahatçılığını gizlətməyib.

Atası böyük Corc Buş və qardaşı kiçik Corc Buşdan sonra Buş ailəsinin dövlət başçılığına üçüncü namizədi olan Ceb Buş Hilları Klintona qarşı mübarizəsini anındaca elan edib. Özünün şəxsi "Twitter" hesabından açıqlama yayan C.Buş ""Hillaridən daha yaxşısını ortaya çıxarmalıyıq. Əgər onu dayandırmaqda qərarlısınızsa, adınızı indidən əlavə edin" deyərək kampaniyaya başladığını bildirib.

Ekspertlər hesab edir ki, 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkiləri əsasən iki ailə - Klinton və Buş ailələri arasında keçiriləcək.

Xatırladaq ki, Respublikaçıların namizədi kimi Marko Rubio da namizədliyini rəsmən elan edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol