Ərdoğan Avropa Parlamentində gözlənilən qətnaməni kəskin pislədi
Türkiyə prezidenti Racep Tayyep Erdogan aprelin 15-də Avropa Parlamentində Osmanlı imperiyası dövründə ermənilərin kütləvi qırğınını "soyqırım” kimi adlandıran qətnamə qəbul etməyə hazırlaşmasını kəskin pisləyib.
Avropa Parlamentindəki əsas siyasi qrupların dəstəklədiyi qətnamədə deyilir ki, Ankara soyqırımı tanımaq üçün öz arxivlərini açmalı, öz keçmişi ilə barışmalı və bununl Türkiyə iə Ermənistan arasında əsil barışığa yol açmalıdır.
Ermənistan Osmanlı imperiyası dövründə 1,5 milyon erməninin soyqırımına məruz qaldığını iddia edir.
Türkiyə ittihamı rədd edir və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfin itki verdiyini bildirir. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər