Davudoğlu erməni müşavirini işdən çıxardı
Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli baş müşaviri Etyen Mahçupyan vəzifədən gedib.
ANN.Az modern.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb. Onun vəzifədən getmə səbəbi kimi təqaüd yaşına çatması göstərilir. Mahçupyan hələ martın 9-da vəzifəsini tərk etsə də, bu barədə məlumat indi mətbuata verilib.
Əhməd Davudoğlunun baş müşaviri kimi fəaliyyət göstərən Etyen Mahçupyan bu yaxınlarda 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıdığını bəyan etmişdi.
Türkiyə baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı ötən ilin oktyabrında baş müşaviri təyin etmişdi. O zaman bu təyinat Türkiyədə də birmənalı qarşılanmamışdı.
E. Mahçupyan Türkiyə prezidenti və baş nazirin müşavirləri arasında ilk qeyri-müsəlman şəxs idi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər