Blatter: "DÇ-2026" Afrikada keçiriləcək"
Futbol üzrə 2026-cı ildə təşkil olunacaq dünya çempionatı Afrika qitəsində keçiriləcək.
Qol.Az-ın məlumatına görə, bu barədə FİFA prezidenti Yozef Blatter "Nil Sports"a açıqlamasında deyib.
"2026-cı ildəki dünya çempionatı Afrika qitəsində keçiriləcək. Mundiala ev sahibliyi etmək istəyən ölkələr indidən namizədliyini irəli sürə bilərlər" - deyə Blatter bildirib.
Qeyd edək ki, Afrika qitəsi sonuncu dəfə 2010-cu ildə dünya çempionatına ev sahibliyi edib. CAR-da keçirilən mundialın qalibi İspaniya yığması olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər