• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Erməni nəşri: “Putin yalnız bir halda Ermənistana gəlməyə bilər...”

Erməni nəşri: “Putin yalnız bir halda Ermənistana gəlməyə bilər...”
17.04.2015 21:23
Ermənilər Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də İrəvana gələcəyini böyük ümidlə gözləyir, bunun əksini ağla belə gətirmək istəmirlər. 

Musavat. com xəbər verir ki, bu xüsusda "Joxovurd” qəzetinin məsələyə münasibəti saxta soyqırım törəninin yubiley tötrəninə sayılı günlər qalmış erməni siyasi-ictimai dairələrində hökm sürən ab-havanı yaxşı ifadə edir. 

"100 illik mərasimlərə bir həftədən də az qalır, lakin rəsmi Moskva hələ də bəyan eləməyib ki, Vladimir Putin İrəvana gələcək, ya yox? Aydındır ki, bu səfər Ermənistan üçün çox vacibdir, üstəlik, nəzərə alsaq ki, Dövlət Dumasının sədri Sergey Narışkinin Çanaqqala döyüşlərinin 100 illiyi ilə bağlı mərasimlərdə Rusiyanı təmsil edəcəyi bildirilibsə” – yazır nəşr.

Qəzetin məlumatına görə, artıq bir neçə gündür ki, rəsmi Moskva erməni həmkarlarına işarə vurur ki, Putin yalnız bir halda gəlməyə bilər - əgər özünü yaxşı hiss eləməsə.  

"Ancaq nəzərə alsaq ki, dünən o, bir neçə saat ərzində rusiyalıların, jurnalistlərin suallarına cavab verib, ümid edə bilərik səhhəti ilə bağlı hər şey qaydasındadır və heç olmasa bir neçə saatlığa Ermənistanda olacaq” - əlavə edib erməni KİV-i. 

Xatırladaq ki, Putinin mətbuat katibi Dmitri Peskov məsələnin gündəmdə olduğunu və qərar verilərsə, dərhal elan ediləcəyini söyləmişdi. Dünənki mətbuat konfransı zamanı Rusiya prezidenti İrəvan səfəri ilə bağlı heç nə deməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol