• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Lukaşenko Moskvada keçiriləcək paradda iştirak etməyəcək

Lukaşenko Moskvada keçiriləcək paradda iştirak etməyəcək
19.04.2015 10:59
Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada 9 May - Qələbə günü münasibəti ilə keçiriləcək paradda iştirak etməyəcək.

ANN.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Belarus prezidenti mayın 9-da Minskdə təşkil olunacaq paradı qəbul etməyə qərar verib. Prezidentin sözlərinə görə, hərbi paradı yalnız ali baş komandan qəbul edə bilər.
 
Lukaşenkonun sözlərinə görə, o 7-8 may tarixlərində Moskvaya səfər etmək və Naməlum Əsgərin məzarına gül çələnglərinin qoyulması mərasimində iştirak etmək niyyətindədir: "Mayın 8-də, hətta gecə olsa belə, Minskə qayıdacam və mayın 9-da paradı qəbul edəcəm”.
 
"Belta”nın məlumatına görə, Belarus prezidenti mayın 9-da Moskvaya səfər etməkdən imtina etmiş digər siyasətçiləri qınayıb: "Mən əvvəl Moskvada mayın 9-da təşkil olunacaq bayram tədbirlərinə iştirak edəcəklərinə söz verən, bu gün isə təkəbbürlə imtina edən siyasətçiləri dəstəkləmirəm. Əgər sən vətənində məşğulsansa, bu başqa məsələdir”.   

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol