Bakı Su İdmanı Sarayının açılışı oldu
Bu gün Bakı Su İdmanı Sarayının açılışı olub.
"Qafqazinfo” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsib. Sonra Su İdmanı Sarayında yaradılan şəraitlə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər