• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Gürcü baş nazir “erməni soyqırımı”na gedəcəkmi?

Gürcü baş nazir “erməni soyqırımı”na gedəcəkmi?
20.04.2015 16:34
"Erməni rəhbərləri anlamalıdırlar ki...”.

Gürcüstan 1915-ci ildə baş verən hadisələri "soyqırım” kimi tanımasa da, aprelin 22-24-də İrəvanda qondarma "erməni soyqırımının” 100 illiyinə həsr olunmuş tədbirdə gürcü nümayəndə heyətinin də iştirakı gözlənilir.

Lakin hələlik rəsmi nümayəndə heyəti ilə İrəvana kimin gedəcəyi bəlli deyil. Aydındır ki, nə prezident Giorgi Marqelaşvili, nə parlamentin sədri David Usupaşvili Ermənistana getməyəcəklər, lakin Baş nazirin bu ölkəyə səfər edib-etməyəcəyi məsələsi hələ həllini tapmayıb.

Oxu.Az Qruziya-Onlayn-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Rezonansi” qəzeti yazıb.

"Gürcüstan üçün bu səfər ikiqat incə məqamdır. Əvvəla, nümayəndə heyətinin yüksək səviyyədə iştirakı iki mühüm strateji tərəfdaş – Türkiyə və Azərbaycana toxuna bilər.

Bundan başqa, daha bir vacib məqam var – Rusiya prezidenti Vladimir Putində "qondarma erməni” soyqırımı ilə əlaqədar aprelin 22-24-də İrəvana gələcək və böyük ehtimalla, o, gürcü nümayəndə heyətinin rəhbərləri ilə görüşəcək”, - deyə, qəzet qeyd edib.

Diplomatiya akademiyasının rektoru Soso Tsintsadze qeyd edir ki, Gürcüstan bu incə məsələdə özünü çox ehtiyatlı aparmalıdır:

"Nümayəndə heyəti getməlidir, lakin baş nazir İrəvana getməsə, Ermənistanda buna tənqidi yanaşmalı deyillər.

"Erməni rəhbərləri anlamalıdırlar ki, Gürcüstanın açıq-aşkar həmrəyliklə Türkiyə və Azərbaycan kimi mühüm qonşularını qıcıqlandıra bilməz. Milli maraqlar və maddi amili, investisiyaları nəzərə alaraq, Ermənistan bizim üçün çox kiçik yer tutur”, - deyə, Soso Tsintsadze bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol