• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İsrail Rusiyadan niyə küsüb?

İsrail Rusiyadan niyə küsüb?
20.04.2015 16:25
İsrail Rusiyada keçiriləcək 9 May tədbirlərinə qatılmaq üçün nümayəndə göndərməyəcək

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bununla bağlı rəsmi Təl-Əviv qərar verib. Qeyd edək ki, Böyük Vətən Müharibəsinin bitməsinin 70 illiyinə həsr olunan tədbirdə iştirak etməklə bağlı İsrail ilk dəfədir belə bir qərar verir.

İsrailin "Yedioth Ahronoth" qəzetinin yazdığına görə, İsrailin bu addımının arxasında Rusiya ilə İran münasibətləri dayanır. Bu günlərdə Rusiya İrana "s-300" müdafiə sistemini təhvil vermişdi.

İndiyə qədər İsrail faşist Almaniyası üzərində qələbənin qeyd olunması ilə bağlı 9 May tədbirlərinə yüksək rütbəli şəxslərin təmsilçiliyi ilə qatılıb. Qeyd edək ki, İsrail baş naziri Binyamin Netanyahu "S-300" mövzusu ilə bağlı Rusiya prezidenti Vladimir Putinə bir həftə ərzində iki dəfə telefon açaraq "qərardan duyduğu qayğıları"nı dilə gətirib. 

Eyni zamanda nazirlərin toplantısında çıxışı zamanı Netanyahu "İranın bölgədəki hücumlarının artıdığı bir zamanda Rusiyanın İrana "S-300" uzunmənzilli havadan müdafiə sistemlərinin təslimi ilə bağlı qadağaların qaldırılması ilə bağlı qərarını çox təhlükəli olduğunu göstərir" - bildirib.

Netanyahu onu da vurğulayıb ki, İsrail vətəndaşlarının təhlükəsizliyi ilə bağlı bütüm tədbirləri həyata keçirəcəm.

Rusiya vı İran arasında 2007-ci ildə "S-300" havadan müdafiə sisteminin satışı ilə bağlı anlaşma əldə olunmuş, ABŞ və İsrail anlaşmaya sərt tərki göstərmişdir. Rusiya 2010-cu ildə BMT-nin İrana yönəlik silah embarqosundan sonra "S-300"ün təslimatını dayandırmışdı. İran isə bununla bağlı Rusiyaya qarşı 4 milyard dollarlı iddia qaldırmışdı. 

Prezident Putin aprelin 13-də imzaladığı qərarla "S-300" sistemlərinin İrana təslim olunması ilə bağlı qadağanı ləğv etdi.

  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol