• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Bank əməkdaşlarının qanunsuz əməlləri ifşa edildi

Bank əməkdaşlarının qanunsuz əməlləri ifşa edildi
20.04.2015 17:25
Bank əməkdaşlarının qanunsuz əməlləri ifşa edilib. 

Baş Prokurorluqdan verilən məlumata görə, "Parabank” ASC-nin "Masallı” şöbəsinin sabiq əməkdaşlarının qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin "Masallı” şöbəsinin sabiq müdiri Ramiz Rəhimovun, sabiq satış mütəxəssisi Coşqun Həsənovun, sabiq xəzinədar Əmrağa Həsənovun, qiymətləndirici zərgər Rəhman Ağayevin və digərlərinin qabaqcadan əlbir olub. Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq kredit müqavilələri üzrə girovun təminatı qismində qiymətli metal adı ilə saxta əşyaların qablaşdırılması və girov qismində qəbul edilən qiymətli metalların qiymətini süni surətdə şişirdilib. Bu yol ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətə 127 min manat məbləğində ziyan vurublar.

Habelə C.Həsənovun 13 müştəri üzrə banka ödənilməli olan 15 min 500 manat məbləğində pul vəsaitini mənimsəyiblər. Bu əməllər barədə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol