• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Netanyahunun xanımınin adı "korrupsiya" araşdırmasında

Netanyahunun xanımınin adı
28.05.2020 22:31
İsrailin Nazirlər Kabinetinin iqamətgahında korrupsiya və rüşvətxorluq faktı üzrə araşdırma başlayıb. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, araşdırma çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun da ifadəsi alınacaq.

Yaradılan komissiyanın araşdırmanı üç müxtəlif istiqamətdən aparacağı deyilir. İlk mərhələdə son illər Nazirlər Kabinetinin İqamətgahından kənarda, lakin müəyyən müqavilə əsasında xidmət göstərən firmalar və işçilər araşdırılacaq. İkinci mərhələdə hökumət binasında çalışanlar ifadə vermək üçün araşdırma komissiyasına dəvət ediləcəklər. İqamətgah binasında mütəmadi olanlar digər yüksək səviyyəli çalışanların və xidmət göstərən firmaların neçə gün qaldıqları, kimlərlə çalışdıqları araşdırılacaq.

İsraildə bu ilin əvvəlində açıqlanan hesabatda qeyd olunub ki, 2009-2013-cü illlər arasında  Nazirlik Kabinetinin İqamətgahında təmizlik və kosmetik təmir xərcləri  lazım olduğundan daha artıq olduğu ortaya çıxıb. Hesabata görə, rəsmi qərargahda təmizlik xərcləri 2011-ci ildə 1,1 milyon şekele (təxminən 350 min dollar) olduğu halda Kesariya şəhərindəki özəl qərargahın təmizliyi üçün bir ayda xərclənən pulun həcmi 5 min dolları keçib. 

Hesabatda çox miqdarda pulun qonaqlıqlara, çiçəklərin dekorasiyasına, ətirli şamlara, ayaqqabılara və saç ustalarına xərcləndiyi ifadə olunub.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol