• $
  • £

Azərbaycanda piyada keçidləri yeni qaydalar əsasında tikiləcək

Azərbaycanda piyada keçidləri yeni qaydalar əsasında tikiləcək
22.04.2015 10:27
Azərbaycanda piyada keçidləri yeni qaydalar əsasında tikiləcək.
 
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı parlamentdə "Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Qanuna 9-1-ci maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsində "Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi” adlanan əlavəyə əsasən, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin işıqforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsində göstərilir ki, avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissəsində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

Maddənin 3-cü hissəsində göstərilir ki, avtomagistrallarda yerüstü və ya yeraltı keçidlər yuxarıda göstərilənlər nəzərə alınmaqla, digər avtomobil yollarında – nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda tikilməlidir.

Avtomobil yollarında yerüstü və yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, adıçəkilən qanun layihəsi Milli Məclisin aprelin 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Cəmiyyət 12:53
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:29
Sabahın hava proqnozu
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol