• $
  • £

Ağ Ev: Obama 24 apreldə “soyqırım” sözünü işlətməyəcək

Ağ Ev: Obama 24 apreldə “soyqırım” sözünü işlətməyəcək
29.05.2020 05:57
Prezident administrasiyasının vəzifəlisi deyib ki, prezident bu tarixə həsr olunmuş çıxışında ermənicə "meds yeğern” – "qətliam” sözündən isdtifadə edəcək.

Ağ Ev 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni ölümlərinin 100-cü ildönümünə iki gün qalmış bu hadisələrin prezident Obama tərəfindən"soyqırım” adlandırılmayacağını bildirib.

Ağ Evdən alınan xəbərlərdə deyilir ki, administrasiyanın rəhbəri Denis McDonough və ABŞ milli təhlükəszilik müşavirinin müavini Ben Rhodes aprelin 21-də Amerika ermənilərinin liderləri ilə görüşərək "o dəhşətli dövrdə 1, 5 milyon insan həyatının məhvinin yad edilməsinin əhəmiyyətini” müzakirə ediblər.

Amerika Erməni Milli Komitəsinin baş direktoru Aram Hamparian deyib ki, ona və görüşə qatılacaq başqalarına ABŞ prezidenti Barack Obamanın planlaşdırılan 24 aprel yadetmə çıxışında "soyqırım” sözünü işlətməyəcəyi barədə rəsmilər tərəfindən xəbərdarlıq edilib.

"Biz bundan hiddətlənmişik” – deyib Hamparian AzadlıqRadiosuna.

 Bir çox tarixçilər və ölkələr 1, 5 milyon erməninin Osmanlı türkləri tərəfindən qətl və deportasiyalarını "soyqırım” kimi tanıyıblar.

Türkiyə buna etiraz edir və bildirir ki, qurbanların sayı şişirdilir və əslində, ermənilərin ölümləri Osmanlı hökumətinin ölkəni xristian əhalidən "təmizləmək” siyasətinin nəticəsində deyil, vətəndaş münaqişəsinə görə baş verib.

Aram Hamparian: "həqiqətə xəyanət"

Aram Hamparian "Los Angeles Times” qəzetinə bildirib ki, prezidentin bu məsələdə geri çəkilməsi "milli rüsvayçılıq” kimi qiymətləndirilməlidir.

"Bu, həqiqətə və etibara xəyanətdir” – deyib erməni lider.

Ağ Ev rəsmiləri öz qərarlarını Yaxın Şərq münaqişələrində ABŞ-ın yeganə NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərin qorunub saxlanmasının mühümlüyü ilə əsaslandırıblar.

"Əgər bunu Obama da deməsə, kim deyəcək?”

Konqresdə soyqırımın tanınması səylərinə rəhbərlik edən respublikaçı Adam B. Schiff Ağ Evin mövqeyindən məyus olduğunu bildirib:

"Qurbanlar və onların doğmaları bizim ölkəmizin Türkiyəyə Osmanlı imperiyasının qatil keçmişini xatırlatmaq cəsarəti tapmasını hələ nə qədər gözləməlidirlər? Əgər bunu keçmişdə tanınma ilə bağlı bu qədər hüsn-rəğbətlə danışmış prezident də etməyəcəksə, kim edəcək? Əgər bu, 100 ildən sonra da baş verməyəcəksə, nə vaxt baş verəcək?” – deyib konqresmen.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan deyib ki, ABŞ "qətliamın ildönümündən bu barədə tam, açıq və ədalətli” danışmaq üçün istifadə edəcək.

Yerevana ABŞ maliyyə naziri gedəcək

Prezident administrasiyasının adının çəkilməsini istəməyən vəzifəlisi deyib ki, Barack Obama bu tarixə həsr olunmuş çıxışında ermənicə "meds yeğern” – "qətliam” sözünü işlədəcək.

"Biz bu il bu barədə başqa ifadənin işlədiləcəyinə ümid edən bəzilərini tanıyır və onlara ehtiram edirik. Biz onların məramını başa düşürük” – deyib rəsmi.

Lakin o bir daha vurğulayıb ki, "bu barədə əvvəllər tutulmuş mövqe düzgündür”, çünki ABŞ hazırda insan həyatlarının xilası üçün Türkiyə ilə əməkdaşlıq edir.

Bu da bəlli olub ki, Yerevanda keçiriləcək 100 illik tədbirlərinə gedən rəsmi ABŞ nümayəndə heyətinə maliyyə naziri Jacob Lew başçılıq edəcək. /azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol