• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Anar Məmmədxanovun vəfatından 4 il ötür - Video

Anar Məmmədxanovun vəfatından 4 il ötür - Video
23.04.2015 09:12
Milli Məclisin keçmiş deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 4 il ötür.

ANS PRESS-in məlumatına görə, Anar Məmmdxanov 4 il əvvəl bu gün qəflətən ürək tutmasından vəfat etmişdi.

Xatırladaq ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A. Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu.

Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Evli idi, 3 övladı var.
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Məmmədxanovun vəfatından 4 il ötür - Video
09:12
Anar Məmmədxanovun vəfatından 4 il ötür - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol