• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Beyl satılmayacaq"

23.04.2015 10:04
"Real"ın canlı əfsanəsi Zinəddin Zidan Qaret Beylin mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "Real"ın ikinci komandası "Kastilya"nın baş məşqçisi olan Zidan uelsli futbolçunun satılmayacağını bildirib:

"Real" dünyanın ən yaxşı futbolçularını transfer edə bilər. Ancaq onları satmaz. Digər klubların onunla maraqlanması normaldır. Lakin klub prezidenti Beylin satılmayacağını bildirib. Bu, "Mançester Yunayted" və digər klublara cavabdır. Beyl ötən mövsüm komandanın qazandığı uğurda böyük rol oynadı. O, bu mövsüm də Çempionlar Liqasında titulumuzu qorumağa kömək edəcək".

Qeyd edək ki, Beyl 2013-cü ildə 91 milyon avro müqabilində "Tottenhem"dən "Real"a transfer olunub. Onun mövsümün sonunda "Mançester Yunayted"ə transfer olunacağı iddia edilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol