• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə dövlət tədbirləri keçirilir

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə dövlət tədbirləri keçirilir
24.04.2015 09:53
Türkiyədə Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə silsilə dövlət tədbirlərinə start verilib. Ölkənin bütün küçə və meydanları bayramsayağı bəzədilib, şəhər və qəsəbələrdə mərasimlər keçirilib.

ANN.Az AzərTag.az-a istinadən xəbər verir ki, bayram münasibətilə aprelin 23-də Ankarada Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət olunub, Anıtqəbir önünə əklil qoyulub. Mərasimdə Türkiyənin dövlət və hökumət rəsmiləri, Böyük Millət Məclisinin üzvləri, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici qonaqlar, ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, media mənsubları iştirak ediblər.

Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə İstanbulda Barış Zirvəsi təşkil olunub. Zirvədə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin deputatları, görkəmli alimlər daxildir.

Üç hissədən ibarət Zirvə çərçivəsində Birinci Dünya müharibəsi və Çanaqqala döyüşlərinə dair müxtəlif sərgilər təşkil olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu Zirvədə təşkil olunan ayrı-ayrı toplantılarda çıxış ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqala savaşında həyatlarını itirən bütün xalqların nümayəndələrinin xatirəsinin ehtiramla xatırlandığını bildirib. Bütün xalqlara və dövlətlərə sülh, əmin-amanlıq arzulayan Türkiyənin dövlət başçısı dünyadakı ikili standartlara toxunaraq qeyd edib ki, Türkiyə təkcə öz vətəndaşı olan ermənilərə yox, Ermənistandakı səfalətdən qaçaraq bu ölkəyə sığınan ermənilərə də qayğı ilə yanaşır. Uydurma "erməni soyqırımı” mövzusu ilə düşmənçilik toxumu səpən tərəflər isə əslində ermənilər üçün heç bir faydalı iş görmür. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Çanaqqala zəfərinin yüz ilinin "Barış” şüarı altında keçirilməsi Türkiyənin sülh və sabitlik tərəfdarı olmasının nümayişidir.

Baş nazir Əhməd Davudoğlu Çanaqqala zəfərinin müasir Türkiyənin həyatındakı tarixi rolundan bəhs edib. Xalqlar, ölkələr arasında sülh və dostluq əlaqələrinin əhəmiyyətindən danışan Baş nazir müharibə və münaqişələrin heç kimə fayda gətirmədiyini vurğulayıb. O, 1915-ci il hadisələri üzərindən nifrət toxumu səpməkdə davam edən bəzi qüvvələrin olmasının təəssüf doğurduğunu qeyd edib.

Daha sonra Zirvə bədii hissə və ziyafətlə davam etdirilib.
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyev bu gün atəşə tutulub - FOTOLAR
Dünya 11:55
Kiyev bu gün atəşə tutulub - FOTOLAR
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO
Dünya 09:45
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib
Dünya 13:04
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib
Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
Dünya 12:50
Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar
Dünya 20:06
Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar
Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
Dünya 17:30
Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
Dünya 14:30
“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO
Dünya 14:00
Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO
Dünya 13:30
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol