Araz Ağalarov “İlin adamı” seçildi
Azərbaycanlı iş adamı, "Crocus Group”un prezidenti Araz Ağalarov CRE Moscow Awards 2015 tərəfindən "İlin developer” və "İlin adamı” adını qazanıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat verilib.
Qeyd edək ki, Commercial Real Estate Awards hər il kommersiya mülkiyyəti sahəsində keçirilən professional mükafatlandırma mərasimidir. Artıq 12-ci dəfədir baş tutan mərasimdə hər il olduğu kimi mükafatın laureatları öz sahəsində ən yaxşı şirkətlər seçilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər