• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ərdoğan ermənilərə başsağlığı verdi

Ərdoğan ermənilərə başsağlığı verdi
24.04.2015 17:37
"Dəyərli erməni vətəndaşlarım”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarx əvəzi Aram Atəşyana 1915-ci il hadisələri ilə bağlı müraciət göndərib.  

Oxu.Az "Milliyyət”ə istinadla xəbər verir ki, Ərdoğanın müraciəti baş rahib Tatul Anuşyan tərəfindən Kumkapı Meryem Ana Kilisəsində oxunub. 

Türkiyə prezidenti müraciətində ermənilərə başsağlığı verib. 

"Erməni vətəndaşlar üçün özəl bir məna daşıyan bu gündə, Birinci Dünya Müharibəsində həyatını itirən bütün osmanlı ermənilərini bir daha hörmətlə anıram, uşaqlarına və nəvələrinə başsağlığı verirəm.

Osmanlı İmperiyasında və cumhuriyyətimiz üçün etdikləri iqtsiadi, sosial, mədəni, siyasi töhfələrini daima hörmətlə xatırladığımız erməni toplumunun xatirələrini gözəl duyğularla yad edirəm”, - Ərdoğan deyib.   

Prezident müraciətində "dəyərli erməni vətəndaşlarım” deyərək belə davam edib: 

"İnsanlığın ən böyük fəlakətlərindən olan Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasının sərhədlərində də hər millətin milyonlarla insanı əbədiyyətə qovuşdu. Bu müharibədə etnik və dini mənsubluğundan fərqli olmayaraq həyatlarını itirən Osmanlı vətəndaşlarının hamısına rəhmət diləyirəm. Türkiyə Cumhuriyyəti bu gün də hüzur, barış və qardaşlıq təməlində daha gözəl günlərə qovuşmaq üçün etnik və dini mənsubiyyətindən fərqli olmayaraq bütün vətəndaşları, dostları ilə çalışır, mübarizə aparır”. 

Ərdoğanın qeyd edib ki, erməni toplumunun keçmişdə yaşadığı üzüntü gətirən hadisələrlə bağlı acılarını səmimiyyətlə yad edirəm: 

"Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinin könül qapılarımızın sona qədər açıq olduğunu da bilmələrini istəyirəm.  Sizi ən səmimi duyğularımla salamlayıram, hər birinizə sevgilərimi, sayğılarımı bildirirəm”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol